Data Analitika

Data Nədir?

Data faktlar qrupudur və fərqli formalarda ola bilər. Rəqəmlər, sözlər, müşahidələr, şəkillər, videolar buna misallardır. Data hər gün yaradılır və istifadə olunur.





Analitika Nədir?

Analitika datada olan əhəmiyyətli nümunələrin tapılması, interpretasiya edilməsi və çatdırılması prosesidir. Başqa sözlə analitika bizə başqa cür tapa bilmədiyimiz anlayışları və mənalı məlumatları görməyə kömək edir. Data analitika nəticə çıxarmaq, proqnozlar vermək və data üzərində qərarlar vermək üçün yuxarıda qeyd edilmiş faktların toplanması, dəyişdirilməsi və təşkilidir.



Data analitika üzrə karyera imkanları

Şirkətlər istehlakçıların üstünlük verdikləri və tələblərini ödəmək və bazarda yaranan tendensiyalara anında reaksiya vermək üçün məhsullarını, xidmətlərini və biznes strategiyalarını davamlı olaraq tənzimləməlidirlər. Buna görə də data analistlərə tələb çoxdur və rəqabətli maaşlar təklif olunur.







Data analitika təlimi kimlər üçündür?

Hər kəs üçün. Bu təlimdə iştirak etmək üçün heç bir təcrübə və ya xüsusi bilik tələb olunmur. Orta məktəb səviyyəsi riyaziyyat və hər şeyin necə işlədiyinə marağı olmaq kifayətdir. Bizim Excel Expert təlimində iştirak bu təlimi daha sürətli başa vurmaqa kömək edə bilər amma mütləq vacib deyil.


Qeydiyyatdan keç